"Şəxsi kabinet"in yaradılması qaydası

 

Milli Müdafiə Universitetinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin şəxsi kabineti olmalıdır. 

İstifadəçilər xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu zamanı aşağıdakı qaydalara diqqət yetirməlidirlər:

·  Tələb olunan təsdiqedici sənədlərin və arayışların təlimata uyğun yerləşdirilməsi;

·  Portala əlavə olunacaq müvafiq sənədlərin surətinin JPG formatında olması; 

·  Qeydiyyat zamanı göstərilən elektron ünvan və əlaqə nömrəsinin düzgün qeyd olunması;

·  Şəxsi kabinetdə olan “Məktublar qutusu”nun mütəmadi olaraq yoxlanılması.


      Şəxsi kabinetə giriş məlumatlarının gizli saxlanılması xahiş olunur.